AMEA-nın prezidenti: “Azərbaycan yeni dünya sivilizasiyasına yaşıl işıq yandıracaq”

COP

12.11.2024 15:25

"Azərbaycan COP29-a ev sahibliyi etməklə dünyanın yeni sivilizasiya məkanlarından biri olduğunu nümayiş etdirir". 

Bunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyliİsa Həbibbəyli  Bakıda keçirilən COP29 tədbiri zamanı TodayPress-ə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, Azərbaycanın iqtisadiyyatında, mədəniyyətində, elmində, cəmiyyətdə gedən son proseslərlə hazırda dünyanın diqqət mərkəzindədir: 

"Bu, eyni zamanda ölkəmizin artıq dünyanın diqqətini cəlb etməyi bacardığını göstərir. Yüzlərlə ölkənin ziyalılarının COP29-da təmsil olunması Azərbaycanı əsas dialoq məkanına çevirdi. Bu, həmçinin Azərbaycanın ideyalarının dünyaya çıxarılması üçün də əla fürsətdir". 

Akademik sonda qeyd edib ki, COP29 Azərbaycanda yeni sivilizasiya yaradacaq. Azərbaycan bununla yeni dünya sivilizasiyasına yaşıl işıq yandıracaq.

Günəş Mərd

tag: AMEA, COP29, Prezident,Dünya, Azərbaycan, todaypress.az,