Aleksandra Sözer: COP29-da özəl sektorun iştirakı vacibdir
COP
06.06.2024 17:17
“İqlim maliyyələşdirilməsi inkişafa təşviq edən amildir. Ölkələrin daha aşağı karbonlu iqtisadiyyatlara keçid etmək üçün böyük investisiyalara ehtiyacı var”.
TodayPress-in verdiyi xəbərə görə, bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda İqlim Dəyişikləri üzrə Mərkəzin (CACE) direktoru Aleksandra Sözer çıxışı zamanı deyib.
O bildirib ki, COP28-də ilk dəfə iqlimlə bağlı daha səmərəli addımlar həyata keçirmək üçün özəl sektor nümayəndələri cəlb edilib. "COP29-la bağlı gözləntilər odur ki, iqlimlə əlaqədar maliyyə vəsaitləri ilə bağlı öhdəliklər olacaq. Eyni zamanda COP29-da özəl sektorun iştirakı vacibdir" deyə Aleksandra Sözer əlavə edib.
tag: Aleksandra,COP29, İqdisadiyyat, Bakı, todaypress.az,