Aleksandra Sdoukou: “Yunanıstan iqlim dəyişikliyindən əziyyət çəkir”

COP

14.11.2024 13:40

“Yunanıstan Aralıq dənizi regionunda yerləşən və iqlim dəyişikliyindən əziyyət çəkən ölkədir”. 

Bunu TodayPress-ə verdiyi açıqlamada Yunanıstanın ətraf mühit və energetika nazirinin müavini Aleksandra Sdoukou deyib. 

O, COP29-u nümunəvi təşkilinə görə Azərbaycanı təbrik edib:

“Biz buraya öz səsimizi başqa ölkələrin səsləri ilə birləşdirməyə gəlmişik. Hər birimiz iqlim böhranına qarşı bu böyük mübarizədə həmrəy olmalıyıq. Biz yaşıl keçid və iqlim neytrallığı ilə bağlı öhdəliyimizi daha da irəli aparmaq üçün buradayıq. 

Son beş il ərzində Yunanıstanda enerji sistemini dekarbonizasiya etmək, təhlükəsizliyi təmin etmək, enerjinin istehlakçıların və vətəndaşların daha ucuz əldə etmələri üçün böyük səy göstəririk”. 

Nazir müavini Cop29-da ən vacib məsələnin beynəlxalq əməkdaşlıq olduğunu dilə gətirib. O, qeyd edib ki, birlik olmaq Yunanıstanı COP-larda iştirak üçün ruhlandırır.  Əgər biz iqlim böhranının öhdəsindən gəlmək istəyiriksə, daha çox beynəlxalq əməkdaşlıq əlaqələri qurmalıyıq deyən Aleksandra Sdoukou vurğulayıb ki, Yunanıstan və Azərbaycan artıq uzun müddətdir ki, birlikdə fəaliyyət göstərir. 

“Bildiyiniz kimi, TAP vasitəsilə Azərbaycandan Yunanıstana və Avropaya təbii qaz gəlir. Və artıq bu əməkdaşlığı göstərən konkret bir layihəmiz də var. Düşünürəm ki, hamımız üçün vacib olan şey, COP29-da olan bütün nümayəndəliklərin öhdəliklərini yerinə yetirməsidir. Bunu bir tədbir halına gətirməliyik” deyə o, nitqini sonlandırıb. 

Töhfə Səməd

tag: Yunanıstan, Aralıq Dənizi,Aleksandra Sdoukou, COP29, todaypress.az,