Albert Rösti: “İsveçrə 1,5°C iqlim hədəfinə çatmaq istəyir”
“İsveçrə qlobal istiləşmənin 1,5 dərəcə Selsi ilə məhdudlaşdırılması məqsədinə nail olmaq üçün üzərinə düşəni edəcək”.
TodayPress xəbər verir ki, bunu İsveçrə Konfederasiyasının enerji, ətraf mühit, rabitə və nəqliyyat naziri Albert Rösti bildirib.
Onun sözlərinə görə, bununla bağlı gələn ilin fevralında milli fəaliyyət planı təqdim olunacaq.
“2030-2035-ci illər üçün bu plan qlobal hədəfə uyğunlaşmağı planlayır. İsveçrə qlobal istiləşmədən ağır zərbə alıb. İnanırıq ki, dünyanın əsas iqtisadiyyatına malik ölkələr iqlim dəyişikliyi ilə mübarizədə qətiyyətli addımlar atacaqlar. İsveçrə də öz öhdəliklərini üzərinə götürməyə və yerinə yetirməyə hazırdır”.
Töhfə Səməd
tag: İsveçrə, Albert Rösti, Plan, COP29, İqlim, todaypress.az,