Aktivistlər aksiya keçirdilər: "Qlobal Şimal pulumuzu ödə!" - FOTO
Azərbaycanda keçirilən COP29 tədbiri çərçivəsində bu gün iqlim maliyyəsinin ədalətli şəkildə formalaşdırılması tələbi ilə aksiya keçirilib.
TodayPress xəbər verir ki, nümayişdə "Qlobal Şimal pulumuzu ödə!", “İqlim maliyyəsi üçün ayağa qalx!” və digər şüarlar səsləndirilib.
Aksiya iştirakçıları haqları olan pulları əldə edənə qədər mübarizələrinə davam edəcəklərini bildirirlər.
Töhfə Səməd
tag: Aktivistlər, COP29, Qlobal Şimal, Mübarizə, Pul, todaypress.az,

