Aktivist Lej Çu: “Təbiət hazırda sözün əsl mənasında ölür”

COP

16.11.2024 10:33

“Təşkilatlar hər zaman iqlim dəyişikliyini mürrəkəb formada insanlara çatdırmağı üstün tutur. Lakin sadə versiya bizə effektiv hərəkət planı yaratmağa kömək edəcək. İqlim dəyişikliyi, əslində çox adi bir nəzəriyyə ilə izah oluna bilər”.

Bunu TodayPress-ə verdiyi açıqlamada Ekvatorial Qvineyadan olan veqanizm təbliğatçısı, aktivist Lej Çu deyib. 

“Hər kəs çox yaxşı bilir ki, fotosintez prosesi zamanı yaşıl yarpaqlar karbon dioksidi (CO2) udur, əvəzinə oksigen və qlükoza buraxır. Lakin bu günlərdə Paris razılaşmasından sonra çox populyar olan "sıfır" formulu ortaya çıxıb. Bu formulda, emissiya və təbiətin CO2-ni udma qabiliyyəti arasındakı fərq sıfıra bərabər olmalıdır. Amma təəssüf ki, təbiət hazırda sözün əsl mənasında ölür və tezliklə yox olacağı gözlənilir. BMT və digər təşkilatlarıb məlumatlarına görə, əslində insanlar yalnız fosil yanacaqlarının emissiyasına diqqət yetirir. O zaman ortaya belə bir sual çıxır, bəs təbiətin ölməsinin səbəbi nədir? Buna heç şübhəsiz ki, heyvanların öldürülməsini deyə bilərik. Belə ki, dünyadakı heyvanların sayı 15 milyardan çoxdur. Bu heyvanlar yemək yeyir, yatır və su içirlər - eyni bizim kimi. Bu o deməkdir ki, onlar insanlar kimi yaşama hüququna malikdir”. 

Onun sözlərinə görə, hazırda kənd təsərrüfatı torpaqlarının əslində 75%-i heyvanların istifafəsi üçün yararlıdır. Yəni insanlar üçün çox az qida yetişdirilir. Lakin biz onların yeməklərini əllərindən alıb, daha sonra özlərini də öldürürük. Bu isə qəddarlıqdır. Heyvanların nəslinin tükənməsi, insanların məhv olmasını daha da sürətlənəcək. Buna görə biz onları öldürməkdənsə, daha yaxşı qidanlanmalarına nail olmalıyıq. 

Lej Çu insanlara veqan yeməkləri sınamağı tövsiyə edib. O, vurğulayıb ki, əgər bunu sevərək etsəniz, bütün yeməklər sizə dadlı gələcək. 

Töhfə Səməd

tag: COP29, Heyvanlar, Lej Çu, BMT, Təbiət, todaypress.az,