Afrikalı ekofəallar COP29-da aksiya keçirdilər - FOTO

COP

15.11.2024 10:37

Azərbaycanda keçirilən COP29 tədbiri çərçivəsində bu gün iqlim maliyyəsinin ədalətli şəkildə formalaşdırılması tələbi ilə aksiya keçirilib. 

TodayPress xəbər verir ki, afrikalı iqlim aktivistlərinin keçirdiyi aksiyada "İqlim maliyyəsi kredit deyil", "Uşaqlarımız nəfəs ala bilmir, iqlim cinayətinə son ver", “Afrika üçün ədalət”, "Sözünüzü tutun, pulumuzu verin" və digər şüarlar səsləndirilib.

Aksiyada, həmçinin, şüarlarla hazırlanmış mahnı da səsləndirilib. 

Töhfə Səməd

tag: Azərbaycan, COP29, Aksiya, Uşaqlar, Tədbir, todaypress.az,

photo