Aditya Tivari: “Azərbaycanın təşəbbüsü bir çox ölkələri eyni addımı atmağa ilhamlandıracaq”

COP

16.11.2024 18:08

"Biz Beynəlxalq Günəş Alyansı (ISA) olaraq 120 ölkənin üzvlüyünə malik olan hökumətlərarası agentliyik. Bu agentliyin məqsədi Günəş enerjisini planet üçün seçilmiş enerji məbəsinə çevirməkdir". 

Bunu TodayPress-ə verdiyi açıqlamada təskilatın baş məsləhətçisi Aditya Tivari deyib. 

Onun sözlərinə görə, COP29-da, Bakıda olmaq çox sevindirici haldır. 

"Bu gün Azərbaycan qonaqpərvərliyinin şahidi oluruq. Pavilyonlarda yaradılan şəraitlər ən yaxşı səviyyədədir və bunu görmək bizi çox sevindirir. ISA dünyanın ən sürətlə inkişaf edən ittifaqlarından biridir. Biz öz fəaliyyətimizi xüsusilə az inkişaf etmiş ölkələrə və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə yönəldirik. Biz inanırıq ki, Azərbaycanın burada - Bakıda öz sədrliyi ilə keçirdiyi COP29-da əhəmiyyətli qərarlar qəbul ediləcək. Biz çox şadıq ki, Azərbaycan iqlim aksiyasına təxminən 500 milyon ABŞ dollarının ödəniləcəyi barədə öhdəlik verib. Əminik ki, bu, bir çox başqa ölkələri də eyni addımı atmağa ilhamlandıracaq". 

Töhfə Səməd

tag: COP29, Azərbaycan,Bakı,ISA,Aditya Tivari,