ABŞ səfiri: “Biz iki həftə məhsuldar və ruhlandırıcı danışıqlar gözləyirik”

COP

12.11.2024 12:55

Əhəmiyyətli Günəş və külək enerjisi potensialına malik Azərbaycan karbohidrogen sektorunda dayanıqlı inkişaf və emissiyaların azaldılması sahəsində liderliyini nümayiş etdirir.

TodayPress xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi COP29-da təmsil etdiyi ölkəyə məxsus pavilyonun açılış mərasimində deyib.

Diplomat Azərbaycanın COP29 iqlim konfransının uğurlu təşkilində göstərdiyi səyləri alqışlayıb.

"Biz iki həftə məhsuldar və ruhlandırıcı danışıqlar gözləyirik. Mən COP29-da ABŞ nümayəndə heyətinə, Azərbaycan sədrliyinə və bütün iştirakçılara uğurlar arzulayıram!" səfir söyləyib.

O, həmçinin bildirib ki, Azərbaycanla Ermənistandan olan bir qrup hidroloq və mühəndis ABŞ-nin dəstəyi ilə regionda transsərhəd çayların su ehtiyatlarının kompleks idarə olunması sxemi ilə bağlı birgə fəaliyyət göstərir.

tag: ABŞ, Səfir, COP29, Azərbaycan, iqlim Konfransı, todaypress.az,