ABŞ mətbuatı COP29 ilə bağlı ölkə Konqresinə müraciət etdi
COP
14.11.2024 18:12
“Mən erməni lobbi təşkilatı ANCA tərəfindən dəstəklənən
ABŞ Konqresindəki Erməni Qrupunun təsisçisi və həmsədri, konqresmen Frank
Pallone və senator Ed Markinin rəhbərliyi ilə 60 nəfər Konqres üzvünü dövlət
katibi Entoni Blinkendən Azərbaycanı qınamaq üçün COP29 Konfransından
yararlanmağı xahiş etdiklərinə görə qınayıram”.
TodayPress xəbər verir ki, bunu tanınmış politoloq və jurnalist, Dona
Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi
və baş direktoru Reyçel Avraham baş qərargahı Nyu York şəhərində yerləşən
Xarici Siyasət Assosiasiyasının xəbər saytında dərc olunmuş “COP29 siyasiləşdirilməməlidir”
başlıqlı məqaləsində yazıb.
Qeyd olunub ki, dünyanın iqlimlə bağlı ciddi təhlükələrlə
üzləşdiyi şəraitdə beynəlxalq ictimaiyyət COP29-da diqqətini məhz bu məsələlərə
yönəltməli, başqa məsələlərlə diqqətini yayındırmamalıdır. Konqresmenlər və
senatorlar belə etməklə dövlət katibini 11 sentyabr terrorundan sonra
Əfqanıstana hərbi kontingent yeridən ABŞ-nin Cənubi Qafqazdakı ən etibarlı müttəfiqlərindən
birini qınamağa çağırırlar.
Diqqətə çatdırılıb ki, Azərbaycanın keçmişdə Ermənistanla
hərbi münaqişədə olması indiki vəziyyətə təsir etməməlidir. Vacib olan odur ki,
hazırda iki ölkə arasında münaqişənin yekun həlli üçün sülh prosesi gedir. Azərbaycan
öz qonşuları ilə sülh şəraitində ümumi rifah naminə yaşıl gələcək qurmağa qərarlıdır.
Bildirilib ki, hazırda Azərbaycana təzyiq etmək sözügedən sülh prosesini irəlilətmir
və eyni zamanda ABŞ-nin regiondakı maraqlarına ziddir, çünki iqlim dəyişikliyi
kimi kritik əhəmiyyətli məsələlərdə Azərbaycan və ABŞ arasındakı strateji əməkdaşlığa
xələl gətirir.
Yazıda həmçinin qeyd olunub ki, sözügedən davranışla ABŞ konqresmenləri beynəlxalq ictimaiyyətin iqlim dəyişikliyinin həll yollarını axtaracağı mühüm konfransı siyasiləşdirirlər. Azərbaycanın belə bir qlobal əhəmiyyətli tədbirə ev sahibliyi etməsi ona siyasi təzyiq üçün istifadə olunmamalıdır.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://foreignpolicyblogs.com/2024/11/05/cop29-should-not-be-politicized/
tag: ABŞ,COP29,Azərbaycan,