ABŞ Azərbaycana COP-29-la bağlı texniki dəstək verəcək

COP

28.06.2024 17:09

“Biz görüşlər zamanı Azərbaycanın COP29-a sədrliyini də müzakirə etdik”.

TodayPress xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

“Biz Azərbaycana bu prosesdə texniki dəstək verəcəyik. Biz iqlim dəyişikliyini ciddi qlobal çətinlik hesab edirik” deyə dövlət katibin köməkçisi qeyd edib.

tag: İqlim Dəyşikliyi, COP29, Azərbaycan, Texniki Dəstək,Ceyms O Brayn, todaypress.az,