28 mindən çox iştirakçı COP29 konfransında iştirak üçün qeydiyyatdan keçdi
COP
18.10.2024 12:19
Bugün səhərə olana rəqəmlərə görə, 28 mindən çox iştirakçı COP29 konfransında iştirak üçün qeydiyyatdan keçib.
TodayPress xəbər verir ki, bunu COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova media nümayəndələrinə açıqlamasında deyib.
Onun sözlərinə görə, onlardan 2 min 700-ə yaxını xarici media nümayəndələridir:
"Qalanları QHT-lər, müxtəlif müşahidəçi beynəxalq təşkilatlar və digər qonaqlardır".
tag: COP29,QHT, Nərmin Carçalova,Azərbaycan, Konfrans, Qeydiyyat, todaypress.az,