173 təcili tibbi yardım əməkdaşına ingilis dili təlimləri keçirildi
COP
11.06.2024 10:35
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin COP29-da xidmət göstərəcək əməkdaşlarına ingilis dili üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində təlimlərə başlanılıb.
TodayPress xəbər verir ki, artıq bir aya yaxındır davam edən təlimlər zamanı 173 təcili tibbi yardım əməkdaşına növbəli şəkildə ingilis dili təlimləri keçirilib. Onlardan 63-ü həkim, 62-si tibb bacısı, 48-i isə sürücü olub. Bundan sonra daha 250-dən çox əməkdaşın cəlb olunacağı təlimlərin sentyabr ayına kimi davam edəcəyi nəzərdə tutulub.
Təlimlər BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 tədbirlərinin bu il Azərbaycanda keçirilməsinə hazırlıq prosesi ilə əlaqədardır.
tag: Tibbi Yardım Mərkəzi, COP29, Təlim,todaypress.az,