Ziya Bünyadov prospektində təmir işləri davam etdiriləcək

Cəmiyyət

19.04.2025 21:50

11

Aprelin 20-də Bakı şəhəri, Ziya Bünyadov prospektinin bir hissəsində (“Koroğlu” metro stansiyası istiqamətində “Çermet” körpüsündən tünelin girişinə qədər olan hissədə) təmir işləri aparılacaq.

Bu barədə TodayPress AAYDA-ya istinadən xəbər verir.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulan müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

tag: Ziya Bünyadov,AAYDA,Çermet,Tunel,Təmir,todaypress.az,