Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı

Cəmiyyət

20.12.2024 22:11

Yağışlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə TodayPress-ə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd edək ki, sözügedən yolda maksimal sürət həddi 110 km/saatdır.

 

tag: Zığ, Yağış, Hava, Ekologiya, Hava Limanı, DİN, todaypress.az,