Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi - YENİLƏNDİ

Cəmiyyət

12.10.2024 15:20

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi  Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. 

Bu barədə TodayPress-ə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

***

13:50

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. 

TodayPress xəbər verir ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. 

Eyni zamanda tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

tag: Sürət həddi,Yol,Avtomobil,Zığ,Hava limanı ,Todaypress.az,