Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi
Cəmiyyət
18.12.2024 23:13
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq
Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat
endirilib.
Bu barədə TodayPress-ə DİN-in Nəqliyyatı İntellektual
İdarəetmə Mərkəzindən bildirilib.
Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə
Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.
Eyni zamanda tablolarda "sürüşkən yol" işarəsi
qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
tag: DİN, Hava, Sürüşmə, Xəbərdarlıq, Hava Limanı, Zığ, todaypress.az,