Zığ dairəsi – Hava Limanı yolunda endirilmiş sürət həddi bərpa edildi
Cəmiyyət
15.02.2025 09:10
Zığ dairəsi - Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilmiş sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
TodayPress xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
“Yağışlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb” məlumatda deyilir.
tag: Zığ dairəsi,Hava Limanı,DİN,Yağışlı hava ,todaypress.az,