Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirildi

Cəmiyyət

30.12.2024 10:10

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

TodayPress xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda tablolarda "sürüşkən yol" işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

tag: Yağışlı hava,Zığ dairəsi,Hava Limanı,DİN,Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi,todaypress.az,