Zəhərlənmələr ilə bağlı AQTA-ya 238 müraciət daxil oldu
Cəmiyyət
11.09.2024 21:18
2024-cü ilin I yarımili üzrə baş vermiş qida zəhərlənmələrinin statistikası açıqlanıb.
TodayPress
xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
məlumat yayıb.
Məlumata
əsasən bu ilin I yarımili üzrə qida zəhərlənmələri ilə bağlı agentliyə 238
müraciət daxil olub. Onlardan 45 zəhərlənmə faktı öz təsdiqini tapıb.
Agentlikdən
bildirilib ki, 422 zərərçəkən qida zəhərlənməsi ilə əlaqədar qeydiyyata alınsa
da müraciətlərdən 154-ü təsdiq olunub.
Statistikaya
görə, bir nəfər qida zəhərlənməsi səbəbindən həyatını itirib.
tag: Qida, Agentlik,AQTA, Zəhərlənmə,todaypress.az,