Zəfər parkının açılışı oldu
Cəmiyyət
08.11.2024 14:20
Xəbər verdiyimiz kimi, bu gün Bakıda Vətən müharibəsində qələbəyə həsr olunmuş Zəfər parkının açılışı olub.
TodayPress xəbər verir ki, 8 Noyabr prospektində inşa olunan Zəfər parkının ərazisi doqquz hektardan çoxdur.
Parkın girişində 44 tağ elementindən istifadə edilib. Tağlar Qələbəyə aparan rəmzi yolun başlanğıcını tərənnüm edir. Tağın hündürlüyü 44 metr, eni isə 22 metrdir.
Parka keçid hissədə 8 Noyabr - Zəfər Gününü əks etdirən memorial abidə ucaldılıb.
Abidə Zəfər Gününü və sarsılmaz birliyi təcəssüm etdirir. Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirən yaşıllıq salınıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması tapşırılıb. Sərəncamdan dərhal sonra Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin layihələri hazırlanıb və tikinti işlərinə başlanılıb.
tag: Zəfər Günü, Prezident, İlham Əliyev, Sərəncam, Park, todaypress.az,