Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Cəmiyyət

25.04.2025 16:22

8

Aprelin 26-da dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq. 

Bu barədə TodayPress-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, aprelin 26-da gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

tag: Hava,Temperatur, Atmosfer, Yağış, Duman,todaypress.az,