Yol polisi bayram günləri ilə əlaqədar sürücülərə müraciət etdi
Cəmiyyət
09.11.2024 11:40
Baş Dövlət Yol Polisi İdarəsinin bayram günləri ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.
Bu barədə TodayPress-ə İdarədən məlumat
verilib.
Müraciətdə qeyd olunur ki, hazırda
Azərbaycanda mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə
olunur:
"Bu amillər də yol hərəkəti təhlükəsizliyinə
bilavasitə təsir göstərir. Bununla yanaşı, bayram günləri ilə əlaqədar qeyri-iş günlərində
magistral avtomobil yollarında hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə
artması fonunda yorğun, yuxusuz halda sükan arxasına əyləşən, nasaz, mövsümə
uyğun təchiz edilməyən avtomobillərlə səfərə çıxan, xüsusilə gün ərzində
istirahət etmədən bir neçə dəfə uzaq məsafələrdə sifariş yerinə yetirən sürücülərə
tez-tez təsadüf edilir ki, bu da yol-nəqliyyat hadisələrinin baş vermə
ehtimalını dəfələrlə artırır".
"Baş Dövlət Yol Polisi İdarəsi
bayram günlərinin xoş təəssüratlarla yadda qalması üçün bir daha səfərə çıxan
sürücüləri, xüsusilə yük və sənişin daşıma fəaliyyəti ilə məşğul olan şəxsləri
yorğun, yuxusuz halda sükün arxasına əyləşməməyə, nəqliyyat vasitələrinin
texniki sazlığına diqqət yetirməyə, sürət rejimini yol və hava şəraitinə uyğun
seçməyə, yol hərəkəti qaydalarına sözsüz əməl etməyə çağırır" deyə müraciətdə
qeyd olunur.
tag: Bakı, Polis, Müraciət, Sürücü, todaypress.az,