Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi - FOTO
Cəmiyyət
25.11.2024 17:00
Yüksək səviyyədə təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsini təmin etmək məqsədilə TƏBİB tabeliyindəki təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları əhalinin məskunlaşması, tələbatı, stansiyaların geolokasiyası nəzərə alınaraq yenidən təşkil olunur.
TodayPress xəbər verir ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Sabunçu Təcili Tibbi Yardım Stansiyasının Zabrat filialı istifadəyə verilib.
Zabrat qəsəbəsi, Nəsibə Zeynalova küçəsi 13 ünvanında istifadəyə verilən 3 otaq və 1 mətbəxdən ibarət yeni filiala ambulans və həkim briqadaları təhkim olunub.
tag: Tibb, Sağlamlıq,Təcili Yardım, Zabrat, todaypress.az,