Yeni marşrut xətti üzrə avtobuslar istifadəyə verildi

Cəmiyyət

15.12.2024 11:00

Yeni marşrut xətti üzrə avtobuslar sərnişinlərin istifadəsinə verilib.

TodayPress xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) “X” hesabında yazılıb.

“Sabahınız xeyir, əziz sərnişinlər! Bu gündən Qaraçuxur və Yeni Günəşli qəsəbələri, Mərkəzi Bank və Azərbaycan Tibb Universitetini əlaqələndirən yeni 20 nömrəli marşrut xətti üzrə avtobuslar sərnişinlərin istifadəsinə verilib” deyə paylaşımda bildirilib.

tag: Marşrut,Avtobus,AYNA,Qaraçuxur,Azərbaycan Tibb Universiteti,todaypress.az,