“Yaşat” Fonduna müraciətə nə zaman imtina verilir?

Cəmiyyət

09.12.2024 12:23

“Yaşat” fonduna bu günə qədər minlərlə müraciət daxil olub. Lakin bir neçə hallar var ki, o zaman vətəndaşlara imtina verilir”. 

TodayPress xəbər verir ki, bunu "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov jurnalistlərin suallarına cavab olaraq bildirib. 

Onun sözlərinə görə, əgər müraciət fondun fəaliyyət istiqamətinə uyğun gəlmirsə, bu zaman vətəndaşa rəd cavabı gedir. 

“Həmçinin əgər müraciət dövlət tərəfindən təyin olunan sığorta cədvəlində öz əksini tapırsa, bu zaman fond tərəfindən həyata keçirilmir və dövlətin ixtiyarına verilir”. 

Töhfə Səməd

tag: Yaşat, Qarabağ, Fəaliyyət ,İstiqamət ,todaypress.az,