Yasamalda bəzi ərazilərində qaz təchizatı dayandırılacaq
Cəmiyyət
05.12.2024 20:40
Yasamal rayonunun İ.Qutqaşınlı küçəsində və
A.Abbasov küçəsi ilə Z.Xəlilov küçələrinin kəsişməsində yeraltı qaz xəttində
aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi məqsədilə sabah saat 10:00-dan
etibarən qaz təchizatı dayandırılacaq.
Bu barədə TodayPress-ə "Azəriqaz"
İB-dən bildirilib.
Təmir-bərpa işləri aparılan müddətdə İ.Qutqaşınlı,
K.Kazımzadə, Ə.Ələkbərov, M.Rəhim və Z.Xəlilov küçələrinin qaz təchizatında
müvəqqəti fasilə yaranacaq.
tag: Qaz, Yasamal, Azəriqaz, Zahid Xəlilov, Qaz Sızma, todaypress.az,