Yağışlı hava ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi
Hazırda müşahidə edilən yağışlı hava
şəraiti ilə əlaqədar olaraq Bakının Xətai rayonu Zığ dairəsi-Hava Limanı
yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə TodayPress-ə DİN-in Nəqliyyatı
İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Eyni zamanda, Mərkəzin əməkdaşları tərəfindən
məlumat-sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.
tag: Yağış, Hava, DİN, Ekologiya,todaypress.az,