Yağış yağacaq, külək əsəcək - Sabahın havası açıqlandı
Cəmiyyət
18.08.2024 12:46
Avqustun
19-da gözlənilən hava proqnozu açıqlanıb.
TodayPress
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Belə
ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi
gözlənilir.
Cənub-şərq
küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti olacaq.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi
rütubət gecə 45-55 %, gündüz 65-75 % olacaq.
Avqustun
19-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək
çaxacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın
temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti, dağlarda gecə 11-16° isti,
gündüz 17-22° isti olacaq.
tag: Hava, Temperatur, İsti, Yağmursuz, Azərbaycan, Mülayim, todaypress.az,