Yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

Cəmiyyət

08.12.2024 11:28

Dekabrın 8-i saat 11:00-a olan faktiki hava açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən TodayPress-ə verilən xəbərə görə, dekabrın 08-i saat 11:00-a olan məlumatına əsasən ölkənin bəzi ərazilərində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq ərazilərdə qar yağır. 

Qar örtüyünün hündürlüyü Qubada (Qrız) 9 sm, Şahbuzda 5 sm, Qusarda Laza) 2 sm olub. 

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 7 mm-dək olub.  Sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Qubada 16 m/s-dək güclənib. 

Naxçıvan, Şərur, Daşkəsən, Göygöl, Naftalan, Qobustan, Şamaxı, Qax (Sarıbaş), Yevlax, Cəfərxan, Hacıqabul, Göyçay, Lerikdə duman müşahidə olunub.

Dumanda görünüş 50 m-dək məhdudlaşıb. 

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 6, Aran rayonlarında 6 dərəcəyədək isti, dağlıq rayonlarda isə 4 dərəcəyədək şaxta qeydə alınıb. 

Müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 9-u gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.

tag: Hava, Temperatur, Yağış,Milli Hidrometrologiya Xidməti, Şimşək, todaypress.az,