Yağıntılı hava sabah günortaya qədər davam edəcək
Cəmiyyət
26.10.2024 22:33
Oktyabrın 26-sı saat 20:00-a olan faktiki hava
açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən TodayPress-ə
bildirilib ki, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Hazırda Bakıda və Abşeron yarımadasında leysan
xarakterli yağış yağır, şimal-qərb küləyi əsir, küləyin sürəti 18 m/s-dir.
Havanın temperaturu 13 dərəcəyədək istidir.
Yağıntılı hava şəraiti bölgələrdə də davam edir.
Hazırda Daşkəsən, Gədəbəy, Göygöl, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı,
Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Yevlax, Göyçay, Kürdəmir,
İmişli, Tərtər, Bərdə, Naftalan, Ağdam, Zərdabda fasilələrlə leysan xarakterli
yağış, Xınalıq, Qrız, Şahdağda isə qar yağır.
Havanın temperaturu Naxçıvan MR-da və Aran
rayonlarında 16, dağlıq rayonlarda isə 6 dərəcəyədək isti qeydə alınıb.
Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti
Bakıda və Abşeron yarımadasında oktyabrın 27-si gündüzədək, bölgələrdə isə
günün ikinci yarısınadək davam edəcək.
tag: Yağış, Hava, Ekologiya, Leysan, todaypress.az,