Yağıntılar kənd təsərrüfatına ziyan vurdu – QİYMƏTLƏR ARTACAQ!
Son günlər ölkənin bir neçə bölgəsində güclü yağışlar yağıb. Bu səbəbdən bəzi ərazilərdə sel və daşqınlar baş verib. Nəticədə tarlalara, bağlara, təsərrüfat sahələrinə ziyan dəyib.
Məlumdur ki, hazırda mövsümü meyvə-tərəvəzlərin yetişdiyi vaxtdır. Maraqlıdır, bu hal onların bazar qiymətlərinə təsir edə bilər?
İqtisadçı Günay Hüseynova mövzu ilə bağlı TodayPress-ə danışarkən bildirib ki, təbii fəlakət və qeyri-sabit hava şəraiti kənd təsərrüfatı üçün həmişə riskli olsa da, bazardakı məhsulların əksəriyyəti xaricdən gəlmədir:
“Azərbaycanda kənd təsərrüfatı sektoru daxili tələbatı tam ödəyə bilmir. Biz bir çox məhsulu xaricdən idxal edirik. İdxal olunsa belə, həmin ölkələrdəki inflyasiya və daşınma xərclərindəki qiymət artımı birbaşa qiymətlərə təsir edir”.
Günay Hüseynova hesab edir ki, hava şəraitinin kənd təsərrüfatına vurduğu zərər əksər hallarda qiymətlərin artması ilə nəticələnir.
Qeyd edək ki, aprelin 16-da yağan güclü yağışlar çayların daşmasına səbəb olub. Əksər təsərrüfat sahələrini su basıb.
Türkan İsgəndərli
tag: Günay Hüseynova,İqtisadçı,Yağış,Qiymətlər,Todaypress.az,
