Xocalıda qumbara partlaması nəticəsində yaralanan şəxsin vəziyyəti AÇIQLANDI

Cəmiyyət

05.05.2025 17:16

19

02.05.2025-ci il tarixində işğaldan azad edilmiş Xocalı rayonunun Xanyurd kəndi ərazisində hərbi sursatın partlaması hadisəsi nəticəsində xəsarət alan 2008-ci il təvəllüdlü (kişi şəxs) Nərimanov Tibb Mərkəzinin nəzdində olan Şuşa Modul Tipli Xəstəxasına təxliyə edilib.   

Bu barədə TodayPress-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Ona sağ əlin I, II, III barmaqlarının travmatik amputasiyası diaqnozu təyin edilib.   

Xəsarət alan şəxsə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Töhfə Səməd 

tag: TƏBİB,Sorğu,Xocalı,Qumbara,Todaypress.az,