Xırdalanda su təchizatı müvəqqəti dayandırıldı
Xırdalan şəhərində su təchizatı müvəqqəti
dayandırılıb.
Bu barədə TodayPress-ə Abşeron Su Meliorasiya
Sistemlərinin İstismarı İdarəsindən bildirilib.
“Abşeron rayon Xırdalan şəhərində kanalizasiya xəttində
yaranmış qəza ilə əlaqədər Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı
İdarəsi təmir-bərpa işləri aparır.
Bununla əlaqədər Xırdalan şəhərinin su təchizatı martın
21-i saat 22:00-dan martın 22-si səhər saatlarınadək dayandırılıb” məlumatda qeyd olunub.
tag: Su, Xırdalan, Dayandırıldı, Abşeron, Qəza, todaypress.az,