Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanıldı
Cəmiyyət
25.09.2024 20:19
Xəzər
dənizinin Lənkəran, Siyəzən və Xaçmaz rayonlarının inzibati ərazisindəki
akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Bu barədə TodayPress-ə
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Bildirilib ki,
araşdırma zamanı həmin şəxslərin Lənkəran rayon sakinləri Asif Qasımov, Musa
Əhmədov, Siyəzən rayon sakini Bəxtiyar Eyvazov, Şabran rayon sakinləri Eldar
Əliyev, Sehran Bəşirov və Fizuli Quliyev olduğu müəyyən edilib.
Onlardan qanunsuz
ovlanmış balıq və istifadəsi qadağan olunmuş ov alətləri aşkar edilərək
götürülüb.
Faktlarla bağlı
qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir
görülüb.
tag: Balıq Ovu, Ekologiya, Balıq, Ov,todaypress.az,