Xəzər rayonunda elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Cəmiyyət

02.12.2024 19:10

Dekabrın 3-5-də saat 9:00-dan saat 15:00-a qədər Bakının Xəzər rayonundakı Binə Atçılıq yaşayış massivinə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

TodayPress xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Binə qəsəbəsində elektrik naqillərinin yenilənməsi işləri ilə əlaqədar elektrik xətlərinin sifarişə əsasən açılması ilə bağlıdır.

tag: İşıq, Xəzər, Enerji, todaypress.az,