Xəzər dənizində 7-ci dəfə zəlzələ oldu
Cəmiyyət
31.12.2024 09:21
Yerli vaxtla saat 6:46-da Xəzər dənizində 3 maqnitudalı ikinci zəlzələ qeydə alınıb.
TodayPress xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Zəlzələ ocağı 33 kilometr dərinlikdə yerləşib.
Xatırladaq ki, bu, dekabr ayında dənizdə qeydə alınan 7-ci təbiət hadisəsidir. Belə ki, dekabrın 18-də, 25-də, 26-da (iki dəfə) və 29-da da Xəzərdə zəlzələlər qeydə alınıb.
tag: Xəzər ,Dəniz,Zəlzələ,AMEA ,Seysmoloji Xidmət ,todaypress.az,