Xətai rayonunun bir hissəsində qaz olmayacaq

Cəmiyyət

14.01.2025 19:38

Yanvarın 15-də paytaxtın Xətai rayonu, Gəncə prospektində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Azəriqaz"dan TodayPress-ə verilən məlumata görə, Gəncə prospektində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə 15.01.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

tag: Xətai ,Gəncə, Prospekt ,Qaz, todaypress.az,