Xətai rayonunda enerji təchizatında yaranan fasilə bərpa olunur
Bakının Xətai rayonunda elektrik enerjisinin təchizatında yaranan fasilə hissə-hissə bərpa olunur.
Bu barədə TodayPress-ə "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, Xətai rayonunda “Radiozavod” adlanan ərazidə yeraltı kabel xətlərində zədələnmə var:
“Buna görə də bir neçə küçədə işığın verilişində fasilə yaranıb. Problem hissə-hissə həll olunur”.
Qurumdan həmçinin qeyd edilib ki, hazırda elektrik enerjisinin təchizatında fasilə yaranan 6-7 bina qalıb ki, onlar da yaxın yarım saat ərzində işıqla təmin ediləcək.
tag: Azərişıq,Xətai,Enerji,Fasilə,Todaypress.az,