XƏBƏRDARLIQ: 5 gün davam edəcək
Cəmiyyət
19.06.2024 15:15
Hava şəraitindən asılı olan insanlarda baş ağrıları, miqren, əhval-ruhiyyənin qəfil dəyişməsi, ürəkbulanma və s. gözlənilir.
İyunun 19-da Yer kürəsini güclü maqnit qasırğası bürüyəcək və iyunun 23-dək davam edəcək.
TodayPress xəbər verir ki, mütəxəssislər qasırğanın şiddətli olmayacağını, bir neçə gün davam edəcəyini qeyd edirlər. İyunun 21-də onun gücü 5 bala, qalan günlərdə isə 4 bala çatacaq ki, bu da geomaqnit pozuntusunun orta səviyyəsinə uyğundur.
Maqnit qasırğaları günəş fəaliyyəti ilə əlaqəli təbii hadisələrdir.
tag: Hava, Miqren, Yer Kürəsi, Qasırğa, Maqnit qasırğa, todaypress.az,