Vüqar Qurbanov: Yaralıların müayinələri davam edir
Yaralıların müayinələri davam edir. Müayinələr
tam bitəndən sonra stasionar xəstəxanaya qəbul olunacaqlar.
TodayPress "Baku TV"yə istinadən xəbər
verir ki, bunu TƏBİB İdarə Heyətinin sədri Vüqar Qurbanov jurnalistlərə
açıqlamasında deyib.
O bildirib ki, yaralıların müayinə və müalicəsi yüksək
səviyyədə təmin olunur: "Məqsədimiz onların tez sağalıb, evə
qayıtmalarıdır. Bundan əvvəl gətirilmiş 7 nəfər isə artıq plataya köçürülüb.
Onların vəziyyətləri stabildir".
Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus
sərnişin təyyarəsi qəzasında həlak olan dörd nəfərin nəşi və yaralanan yeddi
nəfər Bakıya gətirilib.
tag: AZAL, Aktau, Qəza, Yaralı, Qazaxıstan, todaypress.az,