Vətən müharibəsi şəhidləri İkinci Fəxri xiyabanda anılır - FOTOLAR
Cəmiyyət
27.09.2024 11:50
Sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.
TodayPress xəbər verir ki, səhər saatlarından etibarən Vətən müharibəsi şəhidlərini yad etmək üçün II Fəxri xiyaban ziyarət edilməyə başlanılıb.
Vətən uğrunda canlarını fəda edənlərin yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, eləcə də sadə vətəndaşlar şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq xiyabanı ziyarət edib, məzarları önünə əklil və gül dəstələri qoyublar.
Qeyd edək ki, 44 gün davam edən Vətən müharibəsi 2020-ci il 27 sentyabr tarixində başlayıb. Müharibə Azərbaycanın Qarabağ bölgəsinin işğaldan azad edilməsi ilə nəticələnib.
tag: Şəhidlər, Anım Günü ,Vətən Müharibəsi ,İkinci Fəxri Xiyaban ,Qarabağ ,todaypress.az,