Uyum Vehit: "Azərbaycan itkin düşmüş şəxslər problemi ilə üzləşən ölkələrdən biridir"

Cəmiyyət

06.12.2024 12:51

"Azərbaycan itkin düşmüş şəxslər problemləri ilə üzləşən ölkələrdən biridir. Biz müxtəlif dövlət qurumları ilə işləyib bu problemi həll etməyə çalışırıq". 

TodayPress xəbər verir ki, bunu BQXK-nın məhkəmə-tibbi ekspertiza məsələləri üzrə regional koordinatoru Uyum Vehit (Şimali Kipr Respublikası) brifinqdə bildirib. 

O, çıxışında itkin düşən şəxsin tanınmaması prosesinə diqqət çəkib. Qeyd edib ki, tanınma prosesi zəncir şəkilində bir-birinə bağlı olan proseslərdən ibarətdir:  

"İnsan qalıqlarının kimliyinin bilinməsi üçün şəxsin əlamətləri, bioloji xüsusiyyəti müəyyən edilir. Tanınma prosesi zəncir şəkilində bir-birinə bağlıdır. Burada insan qalıqlarının götürülməsi, müayinə məlumatların müqayisəsi prosesi, identifikasiya və insan qalıqlarının ailələrinə təhvil verilməsi prosesi ardıcıllıqla həyata keçirilir. Uğurlu identifikasiya üçün ailələrlə əlaqələrin qurulması, onların identifikasiyaya inanmasını təmin etmək önəmlidir". 

Günəş Mərd

tag: Bioloji, Proses ,İnsan, İtkin, todaypress.az,