“Utair” Moskvadan Lənkərana reyslər açır

Cəmiyyət

02.04.2025 21:10

1956

“Utair” aviaşirkəti aprelin 5-dən Moskvadan (Vnukovo hava limanı) Lənkərana birbaşa reyslərə başlayır.

TodayPress xəbər verir ki, bu barədə “Utair”in rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Uçuşlar həftədə bir dəfə şənbə günləri həyata keçiriləcək. Qrafikə əsasən, Moskvadan uçuş saat 15:45-ə, Lənkərandan isə saat 21:25-ə nəzərdə tutulub. Uçuş vaxtı 3 saat 40 dəqiqə olacaq.

Biletləri artıq rəsmi “utair.ru” saytında və “Rahat Səma” mobil proqramında əldə etmək olar.

 

tag: Utair, Təyyarə, Reys, Hava Limanı, Lənkəran, todaypress.az,