ÜST dünya miqyasında rekord vərəmə yoluxma halları haqda məlumat yaydı
Cəmiyyət
02.11.2024 07:23
2023-cü ildə dünyada 8,2
milyon insana yeni vərəm diaqnozu qoyulub ki, bu da ÜST tərəfindən indiyə qədər
qeydə alınan ən yüksək rəqəmdir.
TodayPress xəbər verir ki, diaqnoz qoyulan xəstələrin əksəriyyəti
Cənub-Şərqi Asiya, Afrika və Qərbi Sakit Okean regionunda yaşayır.
Dünyada hər üç vərəmə yoluxma halından ikisi bu səkkiz ölkənin
payına düşür: Hindistan, İndoneziya, Çin, Filippin, Pakistan, Nigeriya,
Banqladeş və Konqo Demokratik Respublikası.
Vərəm əleyhinə dərmanlara dözümlülüyünə görə ən çox yoluxma halı
Rusiyada, eləcə də Şərqi Avropa və Mərkəzi Asiyanın bir sıra ölkələrində qeydə
alınıb.
tag: Vərəm, ÜST,Afrika, Konqo,Rusiya,todaypress.az,