Uşaqları telefondan necə ayıraq?
Cəmiyyət
20.08.2024 10:17
Psixoloqlar hesab edirlər ki, uşaqlar ətraflarında xoş münasibət görmədikdə telefonlara üz tuturlar.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, psixoloqlar araşdırmalar nəticəsində bu qənaətə gəliblər.
Psixoloqlar qeyd ediblər ki, uşaqlar canlı ünsiyyətdənsə, cizgi filmlərinə baxmağa və mobil oyunlar oynamağa üstünlük verirlərsə, o zaman valideynlər onları internetdən ayırmaq üçün bir neçə sadə üsuldan istifadə etməlidirlər.
Bildirilib ki, əvvəla, uşaqları hər dəfə tərifləməyi sınaqdan keçirmək lazımdır.
Məsələn, onların yaradıcılıq qabiliyyətlərinə heyran olduğunuzu vurğulamağı və xoş sözlər deməyi yoxlamaq olar.
Psixoloqların sözlərinə görə, uşaqlar tez-tez müxtəlif səbəblərdən elektron cihazlara bağlanırlar, lakin valideynlər zamanında bu asılılığı müəyyən edib qarşısını almaq üçün səy göstərməlidir.
Günəş Mərd
tag: Psixoloqlar, Uşaqlar, Telefon, Münasibət, Sınaq, todaypress.az,