UNİCEF-in nümayəndəsi: “İqlim böhranı həm də uşaqların böhranıdır”

Cəmiyyət

05.12.2024 11:56

“COP29-da gənclər, könüllülər öz bacarıqlarını nümayiş etdirdilər”. 

TodayPress xəbər verir ki, bunu UNİCEF-in Azərbaycanda Respublikasındakı nümayəndəsi Saca Faruq Abdullah Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda deyib. 

Onun sözlərinə görə, iqlim böhranı həm də uşaqların böhranıdır. Çünki bütün bu dəyişikliklər birbaşa uşaqlara təsir göstərir. Biz hər zaman deyirik ki, insan kapitalına yatırılan sərmayə gələcəyə yatırılan sərmayədir:

“Rəqəmlərə nəzər salsaq görərik ki, 1 milyard uşaq - bu, bütün uşaqların 50 faizidir, onlar iqlim dəyişmələrinin təsir etdiyi ən zəif ölkələrdə yaşayırlar. Bu dəyişikliklər ən çox təsir isə gənc qızlara göstərir. 

Xəstəliklərin 88 faizi isə 5 yaşından aşağı olan uşaqların payına düşür. 

Uşaqlar bu planetin varisi olacaq. Ona görə də hazırda baş verən bütün faciələr birbaşa onların həyatına təsir göstərir. 

Bütün bu məsələlər əslində COP29-da müzakirə edildi. Orada uşaqlara, gənclərə şans verildi ki, öz mesajlarını bütün dünyaya çatdıra bilsinlər. Lakin bu gün uşaqların cəmi 3 faizi siyasətin hazırlanmasında iştirak edir”. 

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində keçirilən forumda Azərbaycanın bütün şəhər və rayonlarından olan 300 uşaq, eləcə də Türkiyə Cümhuriyyətini təmsil edən uşaqlar iştirak edir. Bu forum 2024-cü ilin şüarı olan “Yaşıl dünya naminə həmrəylik ili”nə əsaslanaraq “Uşaqlar və Ekologiya” kimi adlandırılıb. 

Töhfə Səməd

tag: Təhsil Nazirliyi, Forum, Ekologiya, Elm,todaypress.az,