Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə ağacəkmə aksiyası təşkil edildi

Cəmiyyət

08.05.2025 12:43

14

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Bakının Nərimanov rayonu ərazisində ağacəkmə aksiyası təşkil edilib.

Bu barədə TodayPress-ə Ombudsman Aparatının Mətbuat Xidmətindən məlumat verilib.

Aksiyada Ombudsman Səbinə Əliyeva, Aparatın və regional mərkəzlərin əməkdaşları iştirak ediblər. Aksiya çərçivəsində Nərimanov rayonu ərazisində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 102 dekorativ ağac əkilib.

Aksiya zamanı Ombudsman jurnalistlərə açıqlamasında bütün ictimaiyyətə yaşıllıqların mühafizəsi ilə bağlı mübarizədə, ətraf mühit naminə görülən işlərdə aktiv şəkildə iştiraka dəvət edib.

Qeyd olunmalıdır ki, Ulu Öndər Heydər Əliyev rəhbərliyi dövründə ölkədə ekoloji problemlərin həlli, təbii sərvətlərdən səmərəli istifadə məsələlərini hər zaman diqqət mərkəzində saxlamışdır.

tag: Ombudsman,Səbinə Əliyeva,Ağacəkmə,Aksiya,Todaypress.az,

photo
photo