Ümumdünya Hemofiliya Gününə həsr edilmiş qanvermə aksiyası başladı

Cəmiyyət

17.04.2025 11:14

6

Aksiya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə əməkdaşlığı ilə keçirilir.

Bu barədə TodayPress-ə Komitədən məlumat verilib.

Dövlət Komitəsi qan çatışmazlığından əziyyət çəkənlərə dəstək vermək və onları həyata bağlayan bir ümid olmaq üçün səhhəti imkan verən hər kəsi bu nəcib aksiyaya qoşulmağa çağırır.

Qeyd edək ki, aksiya bu gün saat 19:00-dək davam edəcək.

İştirak etmək istəyən könüllü donorlar şəxsiyyət vəsiqəsi ilə birlikdə Nəsimi rayonu, Feyzulla Qasımzadə 65 ünvanında yerləşən Respublika Qan Bankının inzibati binasına yaxınlaşa bilər.

tag: Ailə,Qadın,Uşaq,Komitə,Qanvermə,Aksiya,Todaypress.az,

photo
photo
photo