Tovuzda zəhərlənən şagirdlərin son durumu AÇIQLANDI

Cəmiyyət

11.04.2025 12:03

12

Tovuzun Düzcırdaxan kənd tam orta məktəbinin dəm zəhərlənən 5 şagiridin vəziyyəti açıqlanıb.

Bu barədə TodayPress-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 11.04.2025-cü il tarixində saat 09:40 radələrində Tovuz rayonunun Düz Cırdaxan kənd orta məktəbində  tüstüdən zəhərlənmə şübhəsilə çağırış daxil olub. 

“5  nəfər ( məktəbli) Tovuz Rayonu Mərkəzi Xəstəxanasının Təcili yadım şöbəsinə hospitalizasiya olunub. 

Onlara dəqiqləşməmiş  tüstü zəhərlənməsi diaqnozu təyin edilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir” deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, aprelin 11-də Tovuz rayonu Rafael İsmayılov adına Düz Cırdaxan kənd tam orta ümumtəhsil məktəbinin 7-ci sinfində təhsil alan 18 şagirddən 5-nin halı 2-ci dərs başlayan zaman pisləşib.

Məktəbə təcili tibbi yardım çağırılıb və şagirdlər xəstəxanaya aparılıb. 

Qiymət Mahir

tag: TƏBİB,Sorğu,Tovuz, Məktəb, Şagird, Zəhərlənmə, todaypress.az,